IMG-LOGO

"Liverpul" və "Bayer" PSJ-nin seneqallı hücumçusunu almaq istəyirlər

06 Aug 2026 09:38 4 baxış
IMG
14 0

İngiltərənin "Liverpul" və Almaniyanın "Bayer" klubu Fransa çempionu PSJ və Seneqal millisinin hücumçusu İbrahima Mbayenin xidmətlərində maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 18 yaşlı futbolçu PSJ-dən ayrılmaq qərarına gəlib və karyerasını "Liverpul"da davam etdirmək istəyir.

Ötən mövsüm Mbaye PSJ-də 31 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. 

O, 2026-cı il Dünya çempionatında dörd oyunda iştirak edib.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti