IMG-LOGO

Çempionlar Liqası: "Sabah" səfərdə "Orxus"a məğlub oldu

05 Aug 2026 23:08 5 baxış
IMG
2 0

Azərbaycanın "Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarka təmsilçisi "Orxus"a məğlub olub.

Lent.az xəbər verir ki, səfərdə keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Orxus"un qollarını Ceyms Boqere oyunun 31-ci və 63-cü dəqiqələrində vurub. "Sabah"ın yeganə qoluna isə 67-ci dəqiqədə Velko Simiç imza atıb.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası Sabah orxus

Mənbə: lent.az

Xəbər lenti