Azərbaycan öz aviasiya bazarının açılmasında irəliləyiş əldə edib, lakin burada gələcək liberallaşma üçün hələ də əhəmiyyətli potensial mövcuddur.
Bunu "Report"a müsahibəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
Onun sözlərinə görə, bazarın açıqlığı və ədalətli rəqabət şərtləri ilk növbədə, aşağıbüdcəli avidaşıyıcılar üçün hava əlaqələrinin genişləndirilməsinin əsas hərəkətverici qüvvələri kimi çıxış edir.
"Hazırda Azərbaycanda loukosterlərin fəaliyyəti Avropa və qonşu bazarlarla müqayisədə nisbətən məhdud olaraq qalır ki, bu da genişlənmə üçün perspektivlərin mövcudluğundan xəbər verir. Avropanın aşağıbüdcəli aviaşirkətləri gələcəkdə fəaliyyət üçün müvafiq şərait yaradıldıqda, təkcə Bakıda deyil, həm də regional əhəmiyyətli aeroportlarda - Gəncə, Qəbələ və Lənkəranda da əməliyyat fəaliyyətini inkişaf etdirmək iqtidarındadır", - R.Şvartsman qeyd edib.
IATA-nın vitse-prezidenti qeyd edib ki, bu cür artımı stimullaşdırmaq üçün vacib olan amillər bunlardır: "Açıq səma" modellərinə keçidlə müşayiət olunan hava əlaqəsi haqqında sazişlərin gələcəkdə liberallaşdırılması, şəffaflıq, aviaşirkətlərlə məsləhətləşmələr və səmərəliliyə yönəlmiş iqtisadi tənzimləmə hesabına əldə edilən rəqabətədavamlı aeroport və aeronaviqasiya xidməti (ANSP) tarifləri, nöqtədən nöqtəyə marşrutlar üzrə səmərəli reyslər nəzərə alınmaqla layihələndirilmiş müvafiq aeroport, ilk növbədə, regional aeroport infrastrukturu, eləcə də aviaşirkətlərin bazara daxil olmasına və onların əməliyyat fəaliyyətini həyata keçirməsinə töhfə verən sadələşdirilmiş və proqnozlaşdırıla bilən normativ-hüquqi mühit.
Bu, tələbi stimullaşdıracaq, istiqamətlərin tanınma səviyyəsini yüksəldəcək və və potensialın genişlənməsinin davamlı inkişafa çevrilməsinə zəmanət verəcək".
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Mənbə: report.az