Ucarda avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə mayın 10-da şəhərin Oğuz küçəsində baş verib. 38 yaşlı Əsgərov Devran Cəlil oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada 51 yaşlı Məmmədov Qorxmaz Əli oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada mayın 21-də orada ölüb.
Araşdırma aparılır.
Mənbə: lent.az