IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Qarabağ adı silah üzərində niyə təsvir olunurdu?

20 Dec 2025 21:48 7 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Azərbaycan silahlarında Quran ayələrinin yer alması, milli dövlətlərimizi quran sərkərdələr kimi məsələlərdən danışıb.

O bildirib ki, qılınclar üzərindəki rəmzlər gizli mesajların daşıyıcısıdır: "Allahdan kömək və yaxın qələbə ifadəsi buradan qaynaqlanır. Bu yazı xanlıqların və cümhuriyyətin bayraqlarında yaşayır. Silah üzərindəki simvolizm dövlətçilik rəmzlərinə çevrildi".

Tarixçi Tbilisidə tapılan əlyazma, Azərbaycan silah sənəti barədə, Azərbaycan qılınclarında səkkizguşəli ulduzun nəyi simvolizə etməsi, Qarabağ adının silah üzərində təsvir olunması, arxeoloji tapıntıların silah üzərində hansı sirli elementləri açması, yandırıcı mərmilər və üzərindəki lənət yazılarının mənası ilə bağlı suallara aydınlıq gətirib.

S.Əhmədov İrəvan xanlığının rus imperiyasına müqavimət göstərməsi, kiçik xanlığın üç feldmarşalı necə məğlub etməsi, eləcə də İrəvan qalasının 1827-ci ildə süqutu, Qafqazın işğalının Rusiya imperiyasına vurduğu itkilər və Vətən Müharibəsində 44 günlük qələbənin mahiyyətindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Qarabağ adı silah üzərində niyə təsvir olunurdu?

Xəbər lenti