IMG-LOGO

Azərbaycanlıları qeydiyyata salan həbs olunacaq

22 May 2024 10:41 137 baxış
IMG

Rusiyanın Volqaqrad vilayətinin Qorodişenski rayon sakini 4 əcnəbi vətəndaşı pul qarşılığında evində qondarma qeydiyyata salmaqda şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, 31 yaşlı yerli sakin 4 Azərbaycan Respublikası vətəndaşını evində qeydiyyata alıb. Onlar özləri isə Volqoqradın və bölgənin başqa ərazilərində yaşayıblar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.3maddəsi ilə cinayət işinin başlanması məsələsi müzakirə edilir. Cinayətkarı 3 ilə qədər həbs gözləyir.

Mənbə: lent.az

Xəbər lenti