IMG-LOGO

Bakıda qadın avtobusdan yıxılaraq öldü

22 May 2024 08:52 98 baxış
IMG

Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi "Daewoo" markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti