IMG-LOGO

Hadisə makiyajsız fotosunu paylaşdı

22 May 2024 04:02 132 baxış
IMG

İş adamı Mehmet Dinçerler ilə cəmi 5 ay evli olan türkiyəli müğənni Hadisə sosial şəbəkədəki paylaşımları və rəqs şouları ilə gündəmdədir.

Hadisə iki gün öncə verdiyi konsertindən sonra sosial şəbəkədə növbəti paylaşım edib.

38 yaşlı məşhur müğənni makiyajsız görünüşünü izləyicilərinə təqdim edib.

2 saat yatdığını bildirən Hadisə ən təbii halında kamera qarşısına keçərək yaxından çəkdiyi fotosunu paylaşıb. Fotoya filtr və ya "photoshop" tətbiq etməyən müğənni qısa zamanda sosial şəbəkədə trendə çevrilib.

Mənbə: lent.az

Xəbər lenti