Türkiyədə qadın ərini bıçaqlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Manavqat qəsəbəsində baş verib. 29 yaşlı Fatma Özkan 61 yaşlı əri Osman Özkanı sinəsinin sol nahiyəsindən (ürək) bıçaqlayıb.
Buna səbəb isə kişinin evə gec gəlməsi olub. Belə ki, Osman Özkan evə gec gəldiyi üçün arvadı ilə arasında münaqişə yaşanıb. Nəticədə o, bıçaq xəsarətləri alıb.
Hadisəni törədən qadın saxlanılıb.