Futbol əfsanəsi Zlatan İbrahimoviç özündən 11 yaş böyük olan partnyoru Helena Seger ilə münasibətləri barədə bəzi çox səmimi açıqlama verib.
19 yaşından bəri Seger ilə görüşən və iki oğlunun anası olan keçmiş hücumçu, onunla evlənmək üçün niyə 25 il gözlədiyini açıq şəkildə etiraf edərək deyib: "Əmlakımın 50 faizini itirmək istəmirdim".
O, həmçinin nəhayət evlilik təklifi edərkən cavab olaraq "Xeyr" aldığını da açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç özündən 11 yaş böyük olan partnyoru Helena Seger ilə 25 illik münasibətləri barədə sensasion açıqlamalar verib.
19 yaşından bəri iki uşağının anası Seger ilə birlikdə olan 45 yaşlı keçmiş hücumçu, maliyyə problemlərini gizlətmədən, onunla niyə evlənmədiyini dürüst şəkildə izah edib.
Açıqlığı ilə tanınan ulduz, "Aktivlərimin 50 faizini itirmək istəmirdim" deyərək pərəstişkarlarını təəccübləndirib.
İllər sonra fikrini dəyişib evlilik təklifi etdiyini də açıqlayan İsveç əfsanəsi, gözlənilməz bir sürprizlə qarşılaşdığını söyləyib: "Nəhayət evlilik təklifi etdim, amma "Xeyr" cavabı aldım".
İdman xəbərləriMənbə: lent.az