IMG-LOGO

Məşhur futbolçu evdən çıxarıldı, 12 milyonluq malikanə aldı

27 Jul 2026 15:08 4 baxış
IMG
1 0

Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olize yaşadığı ev problemini maraqlı addımla həll edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı evi tərk etmək məcburiyyətində qalan 22 yaşlı futbolçu  Münhenin ən nüfuzlu ərazilərindən birində 12 milyon avro dəyərində malikanə alıb.

Yeni malikanədə qapalı hovuz, SPA zonası, ən müasir idman zalı, geniş qaraj və yüksək səviyyəli təhlükəsizlik sistemi mövcuddur.

Məlumata əsasən, Olize "Bavariya"dan ildə 15 milyon avro xalis maaş alır. Sponsorluq müqavilələri də nəzərə alındıqda isə onun illik gəlirinin təxminən 25 milyon avroya çatdığı qeyd olunur.

malikanə ev kirayə mənzil futbolçu Almaniya

Mənbə: lent.az

Xəbər lenti