IMG-LOGO

Arda Gülər "Real Madrid"dən gedə bilər

27 Jul 2026 04:50 6 baxış
IMG
1 0

Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər İspaniyanın "Real Madrid" klubundan ayrıla bilər.

Lent.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist İnyaki Anqulo məlumat yayıb.

Onun fikrincə, "Kral klubu" əvvəl "Leypsiq" forması geyinən və Fil Dişi Sahili ilə Dünya Kubokunda məşhurlaşlan 19 yaşlı Yan Diomandeni 100 milyon avroya transfer edib və Arda Gülər ilə Endrik komandanı tərk edə bilər.

Xatırladaq ki, Arda Gülər "Real Madrid"ə 2023-cü ilin yayında keçib və onun müqavilə müddəti 2029-cu ilin 30 iyun tarixində tamamlanır. Klub rəhbərliyinin onun müqavilə müddətini 2031-ci ilə qədər uzatmaq və maaşını artırmaq üzərində çalışdığı barəde iddialar da mövcuddur.

Arda Güler Real Madrid

Mənbə: lent.az

Xəbər lenti