IMG-LOGO

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var

19 May 2024 16:55 313 baxış
IMG

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun "20 yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

Mənbə: lent.az

Xəbər lenti