IMG-LOGO

Prezident və xanımı Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB

18.05.2024 15:30 207 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

*** 14:36

Bir neçə dəqiqədən sonra Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq.

Lent.az APA-ya istinadla bildirir ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

Xəbər lenti