IMG-LOGO

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 May 2024 04:21 98 baxış
IMG

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında növbəti gün arxada qalıb.

Lent.az xəbər verir ki, 5 sərbəst güləşçimiz finalda mübarizə aparacaq.

Həlledici görüşlər sabah keçiriləcək. 41 kq çəkidə millimizin 2 üzvü qızıl uğrunda yarışacaq.

Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Sərbəst güləş, finallar 38 kq K.Kərimov- İ.Temersultanov (AİN)

41 kq A.Hüseynli - Q.Məcnunov

48 kq A.Əsgərli - S.Labazanov (AİN)

85 kq M.Orucov - İ.Patru (Rumıniya)

Xəbər lenti