IMG-LOGO

Zərdabda 3 yaşlı uşaq otbağlayan aqreqatın təkərinin altında qalıb öldü

20 Jul 2026 22:40 6 baxış
IMG
3 0

Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində baş verib.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zərdab uşaq

Mənbə: lent.az

Xəbər lenti