IMG-LOGO

Şakira dünya çempionatının qəhrəmanı ilə qucaqlaşdı – Pikeni ələ saldılar

20 Jul 2026 18:27 9 baxış
IMG
1 0

Məşhur müğənni Şakira 2026-cı il futbol üzrə dünya çempionatının finalından sonra yenidən sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onun finalın qəhrəmanlarından biri olan 26 yaşlı ispaniyalı futbolçu Ferran Torreslə səmimi və mehriban davranışı olub.

Şakira 47 yaşlı amerikalı komediya ustası Kevin Hartla birlikdə Ferran Torresə "Oyunun ən yaxşı oyunçusu" (Man of the Match) mükafatını təqdim edib. Mükafatlandırma mərasimində müğənninin futbolçu ilə qucaqlaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İstifadəçilər dərhal Şakiranın keçmiş həyat yoldaşı, "Barselona"nın keçmiş futbolçu Jerar Pikeni xatırlayıblar. Bir çoxları zarafatla Pikenin bu görüntüləri izləyərkən peşman olduğunu yazıb.

Rəylərdə  "Bu gün Ferran Torres həm meydanda, həm də meydandan kənarda qalib gəldi", "Deyəsən, Torres Şakiranın da ürəyini fəth etdi" kimi zarafatlar yer alıb.

Xatırladaq ki, Şakira və Jerar Pike 11 il birlikdə yaşayıb. Cütlük 2022-ci ilin iyununda qalmaqallı şəkildə ayrılıb.

Maraqlıdır ki, 2026-cı il dünya çempionatı Şakiranın mundialla dördüncü əməkdaşlığı olub. Müğənni ilk dəfə 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında çıxış edib, daha sonra 2010-cu ildə Cənubi Afrika Respublikasında və 2014-cü ildə Braziliyada təşkil olunan mundialların musiqili proqramlarında iştirak edib.

Beləliklə, Şakira dünya çempionatlarında iştirak sayına görə keçmiş sevgilisi Jerar Pikeni geridə qoyub. Pike futbolçu kimi mundiallarda 2010, 2014 və 2018-ci illərdə çıxış edib.

Qeyd edək ki, Torres final görüşündə Argentina millisinin qapısından həlledici qolu keçirərək komandasına dünya çempionluğunu qazandırıb.

Dünya Çempionatı DÇ-2026 Şakira Pike Torres İngiltərə Argentina final oyunu

Mənbə: lent.az

Xəbər lenti