IMG-LOGO

Rodri Messi və Zidanın unikal nailiyyətini təkrarladı

20 Jul 2026 16:43 9 baxış
IMG
0 0

İspaniyanın Dünya çempionatındakı qələbəsi ilə Rodri tarixdə Dünya çempionatını, Avropa çempionatını, Çempionlar Liqasını və “Qızıl top”u qazanan yeddinci oyunçu olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 30 yaşlı ispaniyalı tarixdə Dünya çempionatını (2026-cı il), Avropa Çempionatını (2024-cü il), Çempionlar Liqasını (2023-cü il) və “Qızıl top”u (2024-cü il) qazanan yeddinci oyunçu olub.

Əvvəllər yalnız Frans Bekkenbauer, Qerd Müller, Zinəddin Zidan, Rivaldo, Ronaldinyo və Lionel Messi bu nailiyyətə nail olublar.

Başa çatan Dünya çempionatında Rodri İspaniya ilə təkcə titul qazanmayıb, həm də turnirin ən yaxşı oyunçusu seçilib. Dünya çempionatından sonra ona FIFA-nın "Qızıl top" mükafatı verilib.

Dünya çempionatının finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Fasilədən sonra meydana daxil olan Ferran Torres yeganə qolu 106-cı dəqiqədə vurub. Torres Dünya çempionatı tarixində əvəzedici heyətlə meydana çıxan və komandasını finalda qələbəyə aparan ikinci oyunçu olub. Bu nailiyyətə ilk nail olan oyunçu 2014-cü ildə Almaniya millisinin üzvü Mario Götze olub.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti