Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində çalışan satıcının 250 manat dəyərində mobil telefonu oğurlanıb.
Lent.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Rasim Axundov Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Analoji hadisə Xətai prospektində yerləşən ticarət mərkəzində də qeydə alınıb. Xüsusi mühafizə vasitələri ilə qorunan həmin obyektdən daxil olan həyəcan siqnalı əsasında əraziyə cəlb olunan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları mağazadan 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 41 yaşlı V.Kotlyarı saxlayıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
HadisələrMənbə: lent.az