IMG-LOGO

Rodri dünya çempionatının ən yaxşı futbolçusu seçildi

20 Jul 2026 03:30 8 baxış
IMG
0 0

İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Lent.az xəbər verir ki, Rodri turnirdə 8 oyunda iştirak edib. İspaniya millisi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Turnirin ən yaxşı qapıçısı İspaniya millisinin üzvü Unai Simon, ən yaxşı gənc futbolçusu isə müdafiəçi Pau Kubarsi seçilib. Dünya çempionatının bombardiri adına isə Fransa millisinin hücumçusu Kilian Mbappe layiq görülüb.

 

 

rodri

Mənbə: lent.az

Xəbər lenti