IMG-LOGO

Cəlilabadda minik maşını 8 yaşlı uşağı vurdu

19 Jul 2026 22:39 10 baxış
IMG
3 0

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S. Mustafayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev 

Cəlilabad qəza

Mənbə: lent.az

Xəbər lenti