IMG-LOGO

Göygöldə zəncirvari yol qəzası baş verdi

19 Jul 2026 21:49 9 baxış
IMG
1 0

Göygöldə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza şəhərin Azay Kazımov küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107", "Mercedes" markalı avtomobil və daha bir minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Fad Nazimoğlu

göygöl qəza

Mənbə: lent.az

Xəbər lenti