IMG-LOGO

Olise "Real"a keçmək istəyir: O, Mbappe ilə transfer məsələsini müzakirə edib

19 Jul 2026 10:21 7 baxış
IMG
0 0

"Bavariya"nın yarımmüdafiəçisi Madrid klubuna keçməyi xəyal edir, amma Almaniya klubu onu satmaq niyyətində deyil.

Lent.az bildirir ki, Fransanın "L'Équipe" nəşrinin məlumatına görə, futbolçu 2026-cı il Dünya çempionatı zamanı Fransa millisindəki komanda yoldaşları Kilian Mbappe və Orelen Tçuameni ilə dəfələrlə Madrid klubu haqqında müzakirə aparıb.

Olisenin bu yay “Real”a transferini tamamlamaq istədiyi bildirilir. Bu arada, “Bavariya” əvvəllər əsas oyunçularından biri ilə ayrılmaq niyyətində olmadığını açıqlayıb. Bundan əlavə, Madrid klubu rəsmi olaraq hazırda fransız yarımmüdafiəçi üçün mümkün transfer danışıqları aparmadığını bildirib.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti