IMG-LOGO

Xaçmazda "Jiquli" qəza törətdi, 3 nəfər... - FOTO

13 May 2024 21:54 261 baxış
IMG

Xaçmazda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, VAZ 2104 ilə "Chevrolet" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

1989-cu il təvəllüdlü, Xaçmaz rayonunun Şıxlı kənd sakini, Hüseynova Fidan Salman qızı, 2008-ci il təvəllüdlü, Xaçmaz rayonunun Mürşudoba kənd sakini Hüseynov Kənan Rəşad oğlu və 1964 -cü il təvəllüdlü, Bakı şəhəri Suraxanı rayon sakini Abbasov Vahid Şahbaz oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti