IMG-LOGO

Azərbaycanlı cinayətkar qrupun lideri saxlanıldı

13 May 2024 10:55 345 baxış
IMG

Rusiyanın Mari El Respublikasında qanunsuz bizneslə məşğul olan cinayətkar qruplaşmanın lideri Ədalət Babayev saxlanılıb.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-qanuni dövriyyədən dəyəri 6 milyon rubldan çox (65 min dollardan çox) olan etiketsiz tütün məhsullarının böyük partiyasını müsadirə ediblər.

Cinayətkarlıqda şübhəli bilinən azərbaycanlı təcridxanaya yerləşdirilib.

Xəbər lenti