IMG-LOGO

Bakıda bu ərazilərdə qaz olmayacaq

08 May 2024 07:54 183 baxış
IMG

Bu gün (08.05.2024-cü il tarixdə) saat 08:00-dan "Mayak-2"  qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. 

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Mənbə: lent.az

Xəbər lenti