Həftədə ən azı iki dəfə balıq yemək ürək-damar sağlamlığını qorumağa kömək edə bilər.
Lent.az xəbər verir ki, alimlərin son araşdırmasına görə, balıqda olan omeqa-3 yağ turşuları ürəyin fəaliyyətini dəstəkləyir və bəzi ürək xəstəlikləri riskini azalda bilər.
Mütəxəssislər xüsusilə qızılbalıq, skumbriya, sardina və siyənək kimi yağlı balıqların daha faydalı olduğunu bildirirlər.
Onlar balanslı qidalanmanın tərkib hissəsi kimi həftədə ən azı iki porsiya balıq yeməyi tövsiyə edirlər.
balıq
Mənbə: lent.az