IMG-LOGO

Zaqatalada 10 nəfər dönərdən zəhərləndi - YENİLƏNİB

07 May 2024 20:45 184 baxış
IMG

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.

Lent.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələrdə var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

***

Saat 18:21

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 37 yaşlı Aynur Məmmədova və onun iki övladı - 15 yaşlı Ravil Məmmədov və 12 yaşlı Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

Mənbə: lent.az

Xəbər lenti