“Samsung”un yeni flaqmanlarının texniki xüsusiyyətləri açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Samsung Galaxy S24” 8 giqabayt operativ yaddaşa malik olacaq.
Mütəxəssislərin fikrincə, 2024-cü ilin əvvəlində Koreya şirkəti üç yeni cihaz təqdim edəcək - Galaxy S24, Galaxy S24+ və Galaxy S24 Ultra. Qurğuların əsas versiyalarında səkkiz giqabayt operativ yaddaş olmasına baxmayaraq, qabaqcıl modellər 12 giqabayt RAM alacaq.
Ancaq 16 giqabayt operativ yaddaşa malik versiya yoxdur. Bu fakt isə bir çox istifadəçiləri təəccübləndirib. Çünki hələ 2020-ci ildə buraxılan “Galaxy S20 Ultra” modeli 16 giqabayt yaddaşa malik təkmil versiyaya malik idi.
Bildirilir ki, “Galaxy S24” və “S24+” satış bölgəsindən asılı olaraq “Snapdragon 8 Gen 3” və ya “Exynos 2400” prosessoru ilə təchiz olunacaq.
Qeyd edək ki, “Samsung Galaxy S24” modelli telefonların yanvarın 17-də ABŞ- da keçiriləcək təqdimatda nümayiş olunacağı ehtimal edilir. Cihazlar yanvarın 30-dan satışa çıxarılacaq.