IMG-LOGO

“Real” 36-cı dəfə çempion oldu

04 May 2024 22:07 136 baxış
IMG

"Real" komandası bu mövsümün sonuna 4 tur qalmış İspaniya “La Liga”sının qalibi olub.

Lent.az xəbər verir ki, Karlo Ancellotinin yetirmələri buna "Kadis" klubuna (3-0) qalib gəlməsindən və "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra  nail olublar.

Qeyd edək ki, bu, İspaniya nəhənginin 36-cı “La Liga” çempionluğu olub.

Mənbə: lent.az

Xəbər lenti