Zəngilanda bir nəfər suda boğulub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
64 yaşlı Həsənov Nüşrəvan Mehdi oğlu suda boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb edilib.
Həsənov Nüşrəvan Mehdi oğlunun meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
20:45
Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə və dalğıc-axtarış qrupu cəlb edilib.
Zəngilan
Mənbə: lent.az