Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında batan şəxslərin kimliyi məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 41 yaşlı Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 18 yaşlı Tunar Şərif oğlu İsgəndərov və 17 yaşlı Fidan Şərif qızı İsgəndərli suda batıblar.
Faktla bağlı araşdırma aparılır.
***
15:49
Ağdamda bədbəxt hadisə baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb. Uşaqlardan birinin həyatını xilas etmək mümkün olsa da, ata və digər azyaşlı övladının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(APA)
Hadisələr
Mənbə: lent.az