IMG-LOGO

"Azəriqaz”ın baş direktoru Qobustan rayonunda vətəndaş qəbulu keçirib

03 Jul 2026 20:38 3 baxış
IMG
2 0

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edib. Lent.az xəbər verir ki, görüşdə Qobustan rayonu ilə yanaşı, Şamaxı, İsmayıllı və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən yeni yaşayış massivlərinin, fərdi yaşayış evlərinin qazlaşdırılması, qapı keçidlərinin quraşdırılması və işə qəbulla bağlı olub. Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

SOCAR Azəriqaz

Mənbə: lent.az

Xəbər lenti