IMG-LOGO

Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu

03 Jul 2026 16:40 5 baxış
IMG
1 0

Tanışını Elm və Təhsil Nazirliyində işə düzəldəcəyi vədi ilə aldatmaqda təqsirləndirilən Sahil Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

İttihama görə, Sahil Yusifov özünü Elm və Təhsil Nazirliyinin Təchizat İdarəsinin rəis köməkçisi kimi təqdim edib, zərərçəkmiş İlkin Alıyevi də həmin vəzifəyə düzəldəcəyi qarşılığında 12 min manat lazım olduğunu bildirib.

İlkin Alıyev Sahil Yusifova inanaraq ona 5 min manat pul verib. Bir müddət sonra təqsirləndirilən şəxs ona işin alınmadığını bildirib, verilən pulun qaytarılmasını müxtəlif bəhanələrlə gecikdirib.

Lakin istintaq gedişatında ziyan tam ödənilib.

Təqsirləndirilən Sahil Yusifova qarşı Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Emil Şirvanzadə

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti