Dünən Sabunçuda ağır yol nəqliyyat hadisəsi olub.
Lent.az-ın əldəetdiyi məlumata görə, Mahir Vəliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirib yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb, nəticədə sürücü Bilal Vəliyev hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Avtomobildə olan sərnişin Fəridə Bədəlova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.
Faktla bağlı araşdırma aparılır.
HadisələrMənbə: lent.az