IMG-LOGO

Qatığın yuxu keyfiyyətinə müsbət təsiri açıqlandı

02 Jul 2026 04:41 4 baxış
IMG
1 0

"Qatığın tərkibindəki probiotiklər, xüsusən də gecələr tez-tez oyanan insanlarda yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər".

Lent.az xəbər verir ki, bu barədə ispaniyalı kardioloq Aurelio Roxas "20minutos" nəşrinə verdiyi müsahibədə bildirib.

Həkimin sözlərinə görə, qatıq bağırsaq mikrobiotasının balansını qoruyan canlı mikroorqanizmlərlə zəngindir. O qeyd edib ki, bu, mədə-bağırsaq traktı ilə mərkəzi sinir sistemi arasında ikitərəfli əlaqə yaradan və yuxu da daxil olmaqla müxtəlif prosesləri tənzimləyən "bağırsaq-beyin" oxuna müsbət təsir göstərir.

Mütəxəssis gözlənilən effekti artırmaq üçün qatığı qırmızı giləmeyvə, kivi və ya alma ilə birlikdə qəbul etməyi məsləhət görür. Həkim vurğulayıb ki, süd məhsulunun tərkibindəki zülal və yağlar meyvələrdən alınan karbohidratların mənimsənilməsini yavaşladır, bu da gecə saatlarında qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinin qarşısını alır.

Bununla yanaşı, kardioloq axşam saatlarında banan, üzüm, manqo və ya ananas kimi şəkərlə zəngin meyvələrdən uzaq durmağı tövsiyə edir: "Tərkibindəki yüksək şəkər miqdarına görə bu meyvələr əvvəlcə yuxululuq yaratsa da, sonradan yuxunun bölünməsinə və gecə oyanmalarına səbəb ola bilər".

A.Roxas sonda xatırladıb ki, bu cür qida kombinasiyaları yalnız yüngül yuxu pozuntularına müsbət təsir göstərə bilər və həkim tərəfindən təyin olunan dərman müalicəsini əvəz etmir. Bağırsaq mikrobiotasının yuxuya təsiri fəal şəkildə araşdırılsa da, qatığın yuxusuzluğun müalicəsindəki effektivliyi hələ də genişmiqyaslı elmi tədqiqatlarla tam təsdiqlənməlidir

qatıq yuxu

Mənbə: lent.az

Xəbər lenti