IMG-LOGO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

01 Jul 2026 23:12 4 baxış
IMG
0 0

Bakı–Quba–Rusiya dövlət sərhədi istiqamətində ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bakı–Quba yolu qəza şabran ağır qəza

Mənbə: lent.az

Xəbər lenti