IMG-LOGO

Ləman Ələşrəfqızını İqbal Ağazadənin adından aldatdılar -FOTO

01 Jul 2026 21:33 3 baxış
IMG
1 0

Tanınmış jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluğun qurbanı olub.

Lent.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat paylaşıb.

O bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:

“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.

Ləman Ələşrəfqızı İqbal Ağazadə

Mənbə: lent.az

Xəbər lenti