IMG-LOGO

Samuxda çaya aşan yük maşınında batan şəxsin meyiti tapıldı-YENİLƏNİB

01 Jul 2026 22:12 3 baxış
IMG
3 0

Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı Füzuli sakini – 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır. *** 19:06

Samuxda "MAZ" çaya aşıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti