IMG-LOGO

Bred Pittdən bəri bir kişi yoxdur: Ancelina Colidən şəxsi həyatı ilə bağlı şok ETİRAFLAR

01 Jul 2026 18:19 2 baxış
IMG
4 0

Hollivudun məşhur aktrisalarından biri olan Ancelina Colinin şəxsi həyatı 2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra sirr olaraq qalıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, uzun illər ərzində onun müxtəlif şəxslərlə eşq yaşadığı iddia edilsə də, aktrisa münasibətləri barədə demək olar heç vaxt danışmayıb.

Lakin bu dəfə aktrisa sükutu pozaraq son 10 ildə heç kimlə görüşmədiyini etiraf edib.

"Düzünü desəm, 10 il əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdiyim vaxtdan bəri heç kimlə görüşə çıxmamışam", – 51 yaşlı Coli yeni "Couture" ("Kutür") filminin tanıtım kampaniyası zamanı səmimi şəkildə bildirib.

O qeyd edib ki, bütün bu müddət ərzində həyatının əsas prioriteti övladları və ailəsi olub. Buna görə də şəxsi münasibətlərə vaxt ayırmayıb.

Coli ağır həyat sınaqlarından keçdikdən sonra həyata baxışını yenidən nəzərdən keçirməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, yaşadığı çətinliklər onu müəyyən mənada sındırıb.

"Bəli, hər şey dəyişir, amma mənim gözlədiyim kimi yox. Özümün 51 yaşım var və artıq qocalığı düşünməliyəm kimi hiss etmirəm. Mən düşünürəm ki, həyatı yenidən yaşamağa başlamalı, yenidən azad olmalıyam. Müəyyən mənada həyat məni bir qədər sındırdı", – ulduz aktrisa bildirib.

Ancelina bütün bu illər ərzində tək yaşadığı halda, keçmiş həyat yoldaşı Bred Pitt 2022-ci ildən amerikalı zərgərlik dizayneri, sağlam qidalanma mütəxəssisi İnes de Ramon ilə münasibətdədir.

 

Ancelina Colu evlilik aktrisa

Mənbə: lent.az

Xəbər lenti