Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda bibisi qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşiyevn cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Kamal Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi Kamal Baxşıyevin 13 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, hadisə 2026-cı ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.
Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisi qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələr endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elsad Baxışovu bibisi qızı Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.
Kamal Baxşıyev qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
HadisələrMənbə: lent.az