IMG-LOGO

Acun Ilıcalı "Fənərbağça"nın ulduzunu klubuna transfer edir

01 Jul 2026 14:23 3 baxış
IMG
0 0

İngiltərə Premyer Liqasına yüksələn "Hall Siti" yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, klubun sahibi Acun Ilıcalının diqqət mərkəzində isə vaxtilə rəhbər vəzifədə çalışdığı "Fənərbağça"nın ulduz futbolçusu Anderson Taliska yer alıb.

İngiltərə klubu braziliyalı futbolçunun illik 8,5 milyon avroluq maaşını ödəmək imkanına malikdir. "Fənərbağça" ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədə olan Anderson Taliskanın gələcəyi Türkiyə futbolunda ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Transferlə bağlı yekun qərarın yaxın həftələrdə dəqiqləşəcəyi gözlənilir.

acun ılıcalı transfer taliska

Mənbə: lent.az

Xəbər lenti