IMG-LOGO

Serena Uilyams Uimbldonda ilk oyununda məğlub oldu

01 Jul 2026 06:52 9 baxış
IMG
0 0

ABŞ tennisçisi Serena Uilyams üç illik fasilədən sonra qatıldığı ilk matçda Uimbldon turniri ilə erkən vidalaşıb. Lent.az xəbər verir ki, Londonda keçirilən turnirin ilk mərhələsində Serena Uilyams avstraliyalı Maya Coynta 6:3, 6:7 (6:8), 3:6 hesabı ilə uduzub.

Xüsusi dəvətlə (wild card) əsas mərhələyə qatılan Uilyams 2022-ci ildən bəri ilk rəsmi matçına çıxmışdı.

Növbəti mərhələdə Maya Coynt Filippin təmsilçisi, turnirin 29 nömrəli səpələnmiş tennisçisi Aleksandra Eala ilə qarşılaşacaq.

Serena Uilyams

Mənbə: lent.az

Xəbər lenti