IMG-LOGO

UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu

30 Jun 2026 21:39 8 baxış
IMG
1 0

UEFA “Fənərbaxça” klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib.

Lent.az xəbər verir ki, İstanbul təmsilçisinə 7 milyon avro məbləğində pul cəzası kəsilib.

Buna səbəb klubun 2025-ci il üzrə heyət xərclərinin UEFA-nın müəyyən etdiyi həddi aşması olub.

Bildirilir ki, “Fənərbaxça” heyət xərcləri nisbətini 70 faizdən yuxarı göstərərək UEFA-nın heyət xərcləri qaydasını pozub.

Qeyd edək ki, UEFA-nın maliyyə davamlılığı qaydalarına əsasən, klubların heyət xərclərinin gəlirlərə nisbəti müəyyən olunmuş həddi keçməməlidir.

2025-ci il üçün bu limit 70 faiz təşkil edir.

UEFA Fənərbaxça

Mənbə: lent.az

Xəbər lenti