IMG-LOGO

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 Jun 2026 18:24 8 baxış
IMG
9 0

Yapon dramları artıq çoxdan Asiya kinosu həvəskarlarının çevrəsini aşaraq bütün dünyada milyonlarla izləyici toplayır. Xüsusilə tənhalıq, ilk sevgi, itkilər, ailə münasibətləri və həyatın çətin seçimlərindən bəhs edən emosional seriallar tamaşaçıların böyük marağına səbəb olur.

Lent.az sizi həm kövrəldəcək, həm də düşündürəcək, Yaponiyaya aid ekran əsərlərini təqdim edir.

("Bir litr göz yaşı" - Litre of Tears)

Ən məşhur yapon dramalarından biri olan bu serial real hadisələr əsasında çəkilib. Süjet sağalmaz xəstəliyə tutulduğunu öyrənən Aya adlı məktəbli qızın həyatından bəhs edir.

İlk baxışda adi məktəb dramı təsiri bağışlasa da, qısa müddətdə yaşamaq uğrunda mübarizə, qorxu və ümid haqqında son dərəcə təsirli hekayəyə çevrilir.

("Sevgi səması" - Sky of Love)

İlk sevgidən bəhs edən ən duyğusal yapon romantik dramlarından biridir. Məktəbli Miku üsyankar Hiro ilə tanış olduqdan sonra həyatı tamamilə dəyişir.

Sevgi ilə başlayan münasibət zaman keçdikcə ağır sınaqlar, itkilər və çətin qərarlarla dolu emosional hekayəyə çevrilir.

("İlk sevgi" - First Love)

2022-ci ildə yayımlanan bu dram illər keçsə də unudulmayan hisslərdən bəhs edir. Vaxtilə bir-birini sevən iki insan təsadüf nəticəsində yenidən qarşılaşır və keçmişdə qalan duyğular canlanır. Romantik atmosferi və təsirli süjeti ilə son illərin ən uğurlu Yapon seriallarından hesab olunur.

("Səssizlik" - Silent)

Keçmiş sevgililər uzun illər sonra yenidən görüşür. Qadın öyrənir ki, vaxtilə onu xəbərsiz tərk edən gənc demək olar ki, eşitmə qabiliyyətini tamamilə itirib. Bu qarşılaşma onların münasibətlərinə yeni məna qazandırır. Serial incə emosiyaları və təsirli səhnələri ilə yadda qalır.

("Böyüyə bilmədik" - We Couldn't Become Adults)

Bu film böyüsə də, xoşbəxt olmağı bacarmayan insanlar haqqında təsirli hekayə təqdim edir. Baş qəhrəman keçmiş sevgilisindən aldığı mesajdan sonra xatirələrə qayıdır və itirilmiş arzularını, peşmanlıqlarını yenidən yaşayır.

("Ana" - Mother )

Yaponiyanın ən güclü dramlarından biri hesab olunan serial zorakılığa məruz qalan balaca qızı xilas etməyə çalışan müəllimənin hekayəsini danışır. Ekran əsəri uşağın sevgiyə, qayğıya və təhlükəsizliyə olan ehtiyacını son dərəcə təsirli şəkildə göstərir.

("Əlcernon üçün çiçəklər" - Flowers for Algernon )

Uşaq səviyyəsində intellektə malik olan Şioqa eksperimental müalicə sayəsində birdən-birə daha ağıllı olur. Lakin zaman keçdikcə qazandığı dəyişikliklərin ağır nəticəsi ilə üzləşir.

Ümidlə başlayan hekayə insanın özünü itirməsi barədə kədərli və düşündürücü dramla yekunlaşır. Bu dram izləyicidə uzun müddət unudulmayan emosional təsir buraxır.

film dram yaponiya

Mənbə: lent.az

Xəbər lenti