Almaniya millisinin qapıçısı Manuel Noyer Dünya çempionatında 23-cü oyununu keçirərək, bu turnirlərdə ən çox start heyətində yer alan oyunçular arasında rekord qırıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 40 yaşlı qapıçı Paraqvaya qarşı 1/32 final oyununda start heyətində yer alıb. Bu göstərici Lotar Matteus və Miroslav Klozeni (hər ikisi 22 oyun) geridə qoyub.
Manuel Noyer Almaniya millisində 128 oyun keçirib (122 qol buraxıb və 51 oyunda qapısını toxunulmaz saxlayıb). O, 2014-cü il Dünya çempionatının qalibidir.
İdman xəbərləriMənbə: lent.az