IMG-LOGO

Məyus oldum: Naqelsmann artıq Almaniyanı yüksək səviyyəli komanda hesab etmir

30 Jun 2026 11:58 4 baxış
IMG
0 0

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann komandasının Paraqvaya qarşı oyunu ilə bağlı fikirlərini bildirib.

Almaniya gözlənilmədən turnirdəki iştirakını dayandıraraq 1/16 finalda Paraqvaya məğlub olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Naqelsmann kifayət qədər lakonik olaraq qalıb və sadəcə Bundestimin artıq elit komanda olmadığını qeyd edib.

"Pley-offun ilk turunda məğlub olmaq Almaniya futbolu üçün kifayət deyil. Biz ardıcıl üçüncü dəfə Dünya çempionatından kənarlaşdırıldıq, ona görə də artıq ən yaxşı komandalar arasında deyilik. Məyus oldum", - o vurğulayıb.

 

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti