Türkiyəli aktyor Mustafa Başalan 52 yaşında vəfat edib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, o, qəfil keçirdiyi ürəktutması səbəbindən həyatını itirib.
Qeyd edək ki, Mustafa Başalan karyerası ərzində "Siyah Kalp", "Sahipsizler", "Arka Sokaklar", "Bir Gece Masalı", "Deha", "Kızılcık Şerbeti", "Teşkilat", "Gönül Dağı", "Yasak Elma", “Diriliş: Ertuğrul”, “Çukur”, "Börü" kimi məşhur layihələrdə də rol alıb. Onun vəfatı Türkiyə kino və televiziya ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.
ürəktutma aktyorMənbə: lent.az