IMG-LOGO

Dondurulmuş limon həqiqətən də xərçəngdən qoruyurmu?

29 Jun 2026 13:09 15 baxış
IMG
0 0

Limon sağlamlıq üçün faydalı məhsul hesab olunur. Lakin bəzi araşdırmalar göstərir ki, dondurulmuş limon müəyyən hallarda təzə limondan da daha faydalı ola bilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər limonun xərçəngin qarşısını aldığı və ya onu müalicə etdiyi barədə elmi sübutun olmadığını vurğulayırlar. 

Mütəxəssislərin sözlərinə görə, limonu dondurduqdan sonra onu qabığı ilə birlikdə rəndələmək daha asan olur.

Limon qabığında qeyd olunan faydalı maddələrin böyük hissəsi toplandığı üçün onu da qidaya əlavə etmək məqsədəuyğun sayılır.

Bunun üçün əvvəlcə limonu yaxşıca yumaq, sonra dondurmaq və daha sonra xırda sürtgəcdən keçirmək kifayətdir.

Limon xərçəngdən qoruyurmu?

Mütəxəssislər vurğulayırlar ki, limonu xərçəngin qarşısını alan və ya müalicə edən vasitə kimi qəbul etmək düzgün deyil. Hazırda bununla bağlı insanlar üzərində kifayət qədər elmi araşdırma yoxdur.

Bununla belə, limon vitamin C, antioksidantlar və digər faydalı maddələrin mənbəyi olduğu üçün sağlam və balanslı qidalanmanın dəyərli hissəsi hesab olunur. Onun müntəzəm istifadəsi ümumi sağlamlığın qorunmasına kömək edə bilər, lakin heç bir halda tibbi müalicəni əvəz etmir.

sağlam qida dondurulmuş limonun faydaları

Mənbə: lent.az

Xəbər lenti