IMG-LOGO

Alimlərdən H5N1 virusunun yayılması ilə bağlı yeni araşdırma

29 Jun 2026 01:34 4 baxış
IMG
0 0

ABŞ-da aparılan yeni araşdırma H5N1 quş qripi virusunun inəklərin süd vəzilərində uzun müddət qala bildiyini və bu səbəbdən təsərrüfatlar arasında daha asan yayıldığını göstərib.

Lent.az xəbər verir ki, alimlər virusun orqanizmdə necə çoxaldığını və hansı yollarla ötürüldüyünü daha dəqiq müəyyənləşdiriblər.

Tədqiqatın müəllifləri bildirirlər ki, əldə olunan nəticələr gələcəkdə virusun yayılmasının qarşısını almaq üçün daha effektiv monitorinq və biotəhlükəsizlik tədbirlərinin hazırlanmasına kömək edə bilər.

Mütəxəssislər hazırda H5N1 virusunun insanlar arasında geniş yayılması ilə bağlı sübut olmadığını qeyd etsələr də, virusun mutasiya ehtimalına görə daimi nəzarətin vacib olduğunu vurğulayırlar.

 

quş qripi

Mənbə: lent.az

Xəbər lenti